DSX-nin Xüsusi məktəbinə keçirilən imtahanın nəticələri açıqlanıb

DSX-nin Xüsusi məktəbinə  keçirilən  imtahanın nəticələri açıqlanıb
  02 May 2019    Oxunub:2556
Bu il aprelin 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi məktəbinə qəbul üçün keçirilmiş imtahanın nəticələrinin qiymətləndirilməsi başa çatıb.
DSX-nin mətbuat mərkəzindən Azvision.az -a bildiriblər ki, Xüsusi məktəbə qəbul üçün keçirilmiş imtahanda 1227 nəfər iştirak edib. Namizədlərin tibbi və digər yoxlamlara cəlb ediləcəyini nəzərə alaraq ən yüksək bal toplamış 101 nəfər növbəti mərhələyə keçirilib. Qəbul planına uyğun olaraq, bütün yoxlamaları uğurla keçən namizədlər bal ardıcıllığına görə Xüsusi məktəbə qəbul ediləcəklər.

Bununla yanaşı, övladlarının imtahan materialları ilə şəxsən tanış olmaq istəyən vətəndaşlar (012) 554-92-44 telefon nömrəsi ilə əlaqə saxlaya və ya Xüsusi məktəbə yaxınlaşaraq müraciət edə bilərlər.

Azvision.az



Teqlər:





Xəbər lenti