XİN başçısı Hadi Süleymanpur ilə görüşüb
Baş katib ECO çərçivəsində həyata keçirilən islahatlar və gələcək layihələr barədə Azərbaycan tərəfini məlumatlandırıb.
E.Məmmədyarov ECO məkanında həyata keçirilən regional iqtisadi layihələrin tərəfimizdən dəstəkləndiyini bildirib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrdən danışan XİN başçısı, ECO üzv dövlətlərinin bu layihələrdən faydalanması imkanlarından bəhs edib.
Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika, bağlılıq və digər sahələrdə əməkdaşlığın inkişafı imkanlar ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirələr aparılıb.
Azvision.az
Teqlər: XİN