“Nəvələrimin məktəb çantalarını götürə bilmirəm” - Deputat

 “Nəvələrimin məktəb çantalarını götürə bilmirəm” -    Deputat
  03 May 2019    Oxunub:2518
“Bu gedişlə məktəbə gedən uşaqların bel sütunu əyiləcək. Deyirik, yenə xeyri yoxdur. Uşaqların çantalarını götürəndə, hətta atalarının beli əyilir. Bu, nə məcburiyyətdir. Biz də oxumuşuq. Kitablar elə hazırlanmalıdır ki, yüngül olsun. Uşaqları bu qədər yükləmək olmaz”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

“Fikirləşmək lazımdır. Təhsil Nazirliyi uşaqları qorumalıdır. Nəvələrim məktəbə gedir, onların çantalarını götürə bilmirəm, uşaq necə aparsın. Yeni tədris ilindən bu məsələ həllini tapmalıdır” - deyə deputat iradını bildirib.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Aqil-Abbas  





Xəbər lenti