Milli parklara gedən turistlərin sayı açıqlanıb

Milli parklara gedən turistlərin sayı açıqlanıb
  03 May 2019    Oxunub:1304
Cari ilin 4 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara ümumilikdə 11131 nəfər turist səfər edib. Onlardan 9850-si yerli, 1281-i isə xarici vətəndaş olub.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyininin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hazırda milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 110 turist marşrutu fəaliyyət göstərir:

"Biz istərdik ki, milli parkları ziyarət edən turistlərin sayı daha çox olsun. Düzdür, qış mövsümündə havaların soyuq olması ilə əlaqədar insanların milli parklara səyahət etməsi çox müşahidə olunmur. Ancaq biz may ayından etibarən milli parklara səyahət edənlərin sayının artımında böyük sıçrayış gözləyirik, çünki hava şəraiti də, təbiət də buna imkan verəcək. Ekoloji turizm bizim üçün yeni anlayışdır və bu sahədə müsbət nailiyyətlər əldə olunacağına ümid edirik".

Aytən Zəhra
Azvision.az




Teqlər: ETSN  





Xəbər lenti