“Azərbaycan miqrantlar üçün populyar məkandır” - Vüsal Hüseynov

  03 May 2019    Oxunub : 1640
“Azərbaycan miqrantlar üçün populyar məkandır” - Vüsal Hüseynov
"Azərbaycan miqrantlar üçün populyar məkandır, çünki burada təhlükəsizlik tam təmin olunub, multikultralizm, dözümlülük hökm sürür"

Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi" adlı plenar sessiyada çıxışı zamanı deyib.
Xidmət rəisi bildirib ki, bu, hökümətin uzunmüddətli siyasəti ilə bağlıdır: "Biz turizmin, sərmayələrin Azərbaycanda inkişaf etməsi ilə bağlı tədbirlər görmüşük. Miqrantlar Azərbaycanı məskunlaşmanın mümkün məkanı kimi qiymətləndirirlər".

V.Hüseynov qeyd edib ki, hazırda dünyada 260 milyon miqrant var: "Məcburi köçkünlərın sayı isə 68,5 milyon nəfərdir. Bu, rekord saydır. Miqrasiya bir sıra platformalarda müzakirə mövzusuna çevrilib. Dinamik inkişaf yeni çətinlikləri, təhlükələri, insan təhlükəsizliyini gündəmə gətirməyə başlayıb. Miqrasiya eyni zamanda inkişafa dəstək verir. Dünyanın istənilən ölkəsi miqrasiya siyasətindən maksimum yararlanmaq istəyir".

DMX rəisi vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq öhdəliklərinə sadiqdir: "Miqrasiya baxımından Azərbaycan müvafiq beynəxalq sənədləri imzalayıb. Milli qanunvericiliyimizi həmin standartlara uyğunlaşdırmışıq. Miqrasiya transsərhəd problemdir".

Aytən Zəhra
Azvision.az

Teqlər: DMX   Vüsal-Hüseynov   Miqrasiya-Xidməti