Ləğv olunan mərkəzin əməkdaşlarına iş veriləcək

 Ləğv olunan mərkəzin əməkdaşlarına iş veriləcək
  03 May 2019    Oxunub:2204
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Gənclər və idman nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzi ləğv edilib.
Bu barədə Azvision.az -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova məlumat verilib. O bildirib ki, 1953-cü ildən fəaliyyət göstərən müəssisə uzun müddət istismar edildiyi üçün yararsız vəziyyətə düşüb, maddi texniki bazası və tibbi avadanlıqları isə fiziki və mənəvi cəhətdən köhnəlib.

"Bu səbəbdən Mərkəzin üzərinə düşən vəzifələrin icrasında ciddi çatışmamazlıqlar yaranıb. Qeyd edilən nöqsanların aradan qaldırılması məqsədi ilə cari ilin yanvar ayından Tibb Mərkəzi təmirə dayandırılıb. Buna baxmayaraq, hal hazıra kimi Mərkəzin əməkdaşlarına aylıq vəzifə maaşları ödənilib. Təmir işləri yekunlaşandan sonra ləğv edilmiş Mərkəzin işçi heyətinin Səhiyyə Nazirliyinin mütəxəssisləri vasitəsi ilə keçiriləcək attestasiyasının nəticələrindən asılı olaraq, GİN-nin nəzdində fəaliyyət göstərən “Milli İdman Tibb və Realibitasiya İnstitutu” MMC-də fəaliyyətlərini davam etdirməsi nəzərdə tutulur".

Azvision.az



Teqlər: GİN   İdman   Tibb  





Xəbər lenti