Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
  03 May 2019    Oxunub:1296
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, plana əsasən şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edəcək, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər təqdim olunacaq, elmi-praktik konfranslar, “dəyirmi masa”lar, iməciliklər və digər mədəni-kütləvi tədbirlər təşkil ediləcək.

Azvision.az




Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti