Xələf Xələfov yenidən nazir müavini oldu

Xələf Xələfov yenidən nazir müavini oldu
  04 May 2019    Oxunub:4572
Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Azvision.az Trend-ə istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.
Qeyd edək ki, bundan əvvəl X.Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

Azvision.az



Teqlər: Xələf-Xələfov   XİN  





Xəbər lenti