Biləsuvarda 6 Nepal vətəndaşı saxlanılıb - FOTO
Qeyd olunub ki, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində 6 nəfər Nepal vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
03 may 2019-cu il tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Nepal vətəndaşları 1987-ci il təvəllüdlü Gana Dil Bahadur, 1994-cü il təvəllüdlü Bhote Mimang, 1997-ci il təvəllüdlü Limbu Khim Shambhu, 2000-ci il təvəllüdlü Limbu Sachit, 1987-ci il təvəllüdlü Angdembe Rom Kumar və 1985-ci il təvəllüdlü Gurung Dinesh sərhəd pozucusu qismində saxlanılıblar.
Saxlanılan şəxslərin 22-25 aprel 2019-cu il tarixlərdə rəsmi qaydada Qətərdən Doha-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Nepal vətəndaşları dövlət sərhədini pozaraq İran İslam Respublikasına, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azvision.az