Bu gecə Bakıda daha 2 küçə rənglənəcək

Bu gecə Bakıda daha 2 küçə rənglənəcək
  06 May 2019    Oxunub:1373
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Yusif Səfərov və Üzeyir Hacıbəyli küçələrinin hər iki istiqamətində mayın 6-sı saat 22:00-dan mayın 7-si 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən bu vaxt ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: AAYDA  





Xəbər lenti