"Qırmızı Körpü"də qaçaqmalçılığın qarşısı alındı

"Qırmızı Körpü"də qaçaqmalçılığın qarşısı alındı
  06 May 2019    Oxunub:2107
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 3120" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda dam örtüyünün və yan divar örtüklərinin arxasından vətəndaşın gömrük nəzarətindən gizlətdiyi 68400 ədəd "Parliament" markalı elektron siqaret və 27 ədəd "İqos" markalı elektron siqaret üçün alışqan cihaz aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Elektron   Siqaret  





Xəbər lenti