Polis narkotacirləri həbs etdi - FOTOLAR
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Lənkəran şəhər sakini İlham Əsgərov da tutularaq istintaq təqdim edilib. O, ifadəsində Ə.Ağayeva tiryək satdığını etiraf edərək, həmin narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından 1800 manata aldığını bildirib.
Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə Lənkəran şəhər sakini Müşfiq Şükürov da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun əlindəki bağlamaya baxış zamanı 405 qram qururulmuş marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azvision.az