Bakıda nənə və nəvəni maşın vurub

  07 May 2019    Oxunub : 1075
 Bakıda nənə və nəvəni maşın vurub
Mayın 6-da saat 15 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsinin Babək küçəsində yolu keçən qəsəbə sakinləri Kübra Mahmudova və onun azyaşlı nəvəsi Nuray avtomobillə vurulub.
DİN-dən Azvision.az -a verilən məlumata görə, sürücü hadisə yerini tərk edib. Hər iki piyada xəstəxanaya yerləşdirilib. DİN-in “Təhlükəsiz Şəhər” Xidməti və Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Qəbələ RPŞ-nin əməkdaşları ilə birgə keçirilmiş tədbirlərlə xəsarətlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Şəki rayon sakini X.Cəmilov Qəbələ rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza