İyulda Bakıya yeni metro vaqonları gətiriləcək
"Bakı Metropoliteni" QSC-nin rəsmisi bildirib ki, il ərzində ümumilikdə 30 vaqon və yaxud 6 qatar gətiriləcək.
"Bu qatarlar kondisionerlərlə və digər müasir tələblərə cavab verən elektronika ilə təchiz edilib. Həmçinin bu vaqonların qapıları daha genişdir. Bununla yanaşı vaqonlar əlil arabaları üçün xüsusi yerlərlə təchiz olunacaq. Bu qatarlar “Bakı Metropoliteni”nin tələbləri nəzərə alınmaqla istehsal olunur".
B.Məmmədov qeyd edib ki, köhnə vaqonların xəttən çıxarılması yalnız onlar istismar müddətini başa vurduqdan sonra mümkün olacaq.
Xatırladaq ki, bu il yanvarın 31-də “Bakı Metropoliteni” ilə Rusiyanın "Metrovaqonmaş" şirkəti arasında yeni vaqonların alınmasına dair müqavilə imzalanıb.
Azvision.az