Bakı metrosunda yeni sərinkeşlər quraşdırılır

Bakı metrosunda yeni sərinkeşlər quraşdırılır
  07 May 2019    Oxunub:1871
Bakı metrosunun stansiyalarında havalandırma sisteminin təkmilləşdirilməsi ilə bağlı alınmış 7 yeni sərinkeşdən 2-nin quraşdırılmasına başlanılıb.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, ilk olaraq 2 sərinkeş metronun "Qara Qarayev" stansiyasında quraşdırılır.

B.Məmmədov qeyd edib ki, 5 sərinkeşin "Memar Əcəmi" və "Nizami" stansiyalarında, tunellərdə quraşdırılması planlaşdırılır.

Azvision.az


Teqlər: Metro   Sərinkeş  





Xəbər lenti