Hesablama Palatasının bir sıra səlahiyyətləri ləğv edilir

Hesablama Palatasının bir sıra səlahiyyətləri ləğv edilir
  07 May 2019    Oxunub:1630
Hesablama Palatasının fəaliyyət istiqamətləri genişləndirilə bilər.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən müzakirə olunub.

“Hesablama Palatası haqqında” qanunun 6.0.2. bəndinə təklif olunan dəyişikliyə görə, qurum büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verəcək. Buna qədər isə Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verib.

Təklif olunan digər dəyişikliyə görə, Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxması və inzibati tənbeh tətbiq etməsi səlahiyyətləri ləğv edilir.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Hesablama-Palatası   MM  





Xəbər lenti