Gələn il Bakıda yeni metro stansiyası açılacaq

   Gələn il Bakıda yeni metro stansiyası açılacaq
  07 May 2019    Oxunub:2955
Xocahəsən deposunun layihələndirmə işləri davam edir. 2020-ci ildə Bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, 3-cü stansiyanın arxasında qatarın bir yoldan digər yola keçməsini təşkil edən "dönmə kamerası" adlanan infrastruktur qurulacaq.

"Bu isə həm hərəkət qrafikini təşkil etmək baxımından qatarların sayının artırılması, həm də Xocahəsən deposunun qismən istifadəyə verilməsini tələb edən prosesdir. Deponun həmin hissəsinin layihələndirilməsi işləri sürətlə davam edir".

B.Məmmədov qeyd edib ki, bu il "Avtovağzal" stansiyasından Xocahəsən deposuna ikinci tunelin inşası da həyata keçiriləcək:

"2018-ci ildə bu tunellərdən biri inşa olunmuşdu. Yaxın aylarda digər tunelin də inşası tamamilə başa çatdırılacaq, yol və digər infrastruktur işlərinin aparılmasına başlanılacaq".

Azvision.az


Teqlər: Metro   Stansiya  





Xəbər lenti