"Növbədənkənar parlament seçkiləri keçirilməyəcək" - Əli Əhmədov

   "Növbədənkənar parlament seçkiləri keçirilməyəcək" -    Əli Əhmədov
  07 May 2019    Oxunub:2748
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsinə münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, jurnalistlərə açıqlama verən Əli Əhmədov qeyd edib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib və növbəti seçki 2020-ci ildə olacaq.

Ə.Əhmədov xatırladıb ki, bu il isə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Seçki   YAP  





Xəbər lenti