"Pulsuz verilən dərmanları hər kəs əldə edə bilməz" - Əli Əhmədov

   "Pulsuz verilən dərmanları hər kəs əldə edə bilməz" -    Əli Əhmədov
  07 May 2019    Oxunub:2217
Əgər kiminsə adı dövlət tərəfindən pulsuz verilən dərman siyahısında yoxdursa, bu artıq ayrı məsələdir. Çünki həmin şəxsin siyahıya salınması üçün əsasları olmalıdır.
AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin müavini deyib ki, hər il əhalinin müxtəlif təbəqələri dövlət tərəfindən pulsuz dərmanlarla təmin edilir: "Bu xəstələrin siyahısı xəstəxanalar tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir. Siyahı əsasında həmin dərmanlar istifadəçilərə çatdırılır. Onların xəstəliyi ilə bağlı göstəriciləri olmalıdır. Konkret faktlar varsa ki, hansısa yerdə kiməsə dərman çatmayıb, bunu ayrıca araşdırmaq lazımdır".

Əli Əhmədov qeyd edib ki, Azərbaycan dövləti xəstə olan insanları pulsuz dərmanlarla təmin etmək üçün böyük məbləğdə vəsait ayırır: "Bu vəsait də ünvanlı, yəni ehtiyacı olan insanlara dərman verilməsi nəzərdə tutulur. Pulsuz verilən dərmanları hər kəs əldə edə bilməz. Yalnız adı siyahıda olan şəxslər pulsuz dərman vasitələri ilə təmin oluna bilər. Tərtib edilən dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına görə tərtib edilir".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: ƏliƏhmədov   Dərman  





Xəbər lenti