"Tibbi sığorta üçün ödəniş böyük deyil" - Baş nazirin müavini

 "Tibbi sığorta üçün ödəniş böyük deyil" -  Baş nazirin müavini
  07 May 2019    Oxunub:1471
"2020-ci ilin yanvarından Azərbaycanda hər kəsə ölkə miqyasında icbari tibbi sığorta xidməti göstəriləcək".
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, hazırda icbari tibbi sığorta barədə işlər aparılır: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibinə keçən xəstəxanaların hazır vəziyyətə gətirilməsi üçün işlər aparılır və hüquqi normativ sənədlər hazırlanır. Vətəndaşların müxtəlif kateqoriyalara xidmət göstərməsinin maliyyələşməsi ilə bağlı formaları fərqli olacaq. Təbii ki, pensiyaçılar, əlillər dövlət tərəfindən sığortalanacaq".

Baş nazirin müavini qeyd edib ki, digər kateqoriyadan olan əhali isə icbari tibbi sığorta haqqını ödəməklə xidmətdən faydalanacaqlar: "Burada muzdlu işçilər üçün bir qayda nəzərdə tutulub. Onların əməkhaqqından, işə götürənin isə qazancından müəyyən faizlərin agentliyə ödənməsi nəzərdə tutulur. Muzdlu əməklə məşğul olmayanlar üçün müəyyən bir məbləğ müəyyənləşəcək ki, bu ödəniş də o qədər böyük deyil".

Elvin Abulqədirov
Azvision.az


Teqlər:





Xəbər lenti