Müdafiə naziri Dağlıq Qarabağdan danışdı
General-polkovnik Z.Həsənov Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq proqramları, xüsusi ilə hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin vacibliyini də görüş iştirakçılarının diqqətinə çatdırıb.
Müdafiə naziri xatırladıb ki, Azərbaycan Respublikasının və Birləşmiş Krallığın Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kolleci tərəfindən təşkil olunan kurslarda 2012-ci ildən Azərbaycan Ordusunun zabitləri də fəal iştirak edirlər. General-polkovnik Z.Həsənov bu istiqamətdə göstərilən dəstəyə görə Britaniya tərəfinə təşəkkürünü bildirib.
Professor D.Elleri də öz növbəsində kollecin fəaliyyəti barədə məlumat verərək təşkil edilən kursların vacibliyi və bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayaraq səmimi qəbula görə heyət üzvləri adından Müdafiə nazirinə minnətdarlığını bildirib. Görüş zamanı general-polkovnik Z.Həsənov qonaqları maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Azvision.az
Teqlər: MN Zakir-Həsənov Böyük-Britaniya