Xidmət rəisi Hindistan səfiri ilə görüşüb - FOTOLAR
Bildirib ki, Azərbaycan və Hindistan yaxın dostluq münasibətlərinə və bir çox sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlı əlaqələrinə malikdir.
Vüsal Hüseynov əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmini diqqətə çatdırıb, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, vətəndaş məmnunluğunun və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verib. Qeyd edib ki, bu islahatlar əcnəbi iş adamlarının ölkədə çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaradır.
Qəbula görə Xidmət rəisinə təşəkkür edən səfir Bavitlunq Vanlalvavna iki ölkə arasında əlaqələrin tarixi köklərə malik olduğunu, fəaliyyəti dövründə münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini ifadə edib.
Görüşdə hər iki ölkə vətəndaşlarının miqrasiya sahəsində üzləşdiyi problemlər və onların həlli istiqamətində atıla biləcək addımlar müzakirə olunub, eləcə də “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Azvision.az