Nazir dini tədrislə bağlı məsələyə aydınlıq gətirdi

  07 May 2019    Oxunub : 582
 Nazir dini tədrislə bağlı məsələyə aydınlıq gətirdi
“Azərbaycan təhsil standartları qanunvericiliyinə əsasən din fənnin tədrisi nəzərdə tutulmayıb".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi din tədrisi deyil.

“Müxtəlif dinlərə bağlı olaraq məlumatlar verilir. Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də "Həyat bilgisi" fənnində rast gəlmək mümkündür. Azərbaycanda orta məktəblərdə dinin tədrisinə dair yeni fənnin tədrisi nəzərdə tutulmayıb".

Aytən Zəhra
Azvision.az

Teqlər: