Ölkədəki bankların kapitalı 4, 3 milyardı ötüb

  Ölkədəki bankların kapitalı 4, 3 milyardı ötüb
  08 May 2019    Oxunub:1994
Bank sektorunu balans kapitalı mart ayı ərzində 1.7% (70.9 mln. manat) artaraq 4,313.7 mln. manata çatıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Azvision.az -a verilən məlumata görə, bu göstərici cari ilin ilk rübündə 5.9% (241.9 mln. manat) artıb.
Eyni zamanda mart ayında bankların əməliyyat mənfəəti 179.1 mln. manat, xalis mənfəəti isə 123.9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 12.9%, kreditlər üzrə faiz gəlirləri isə 19.5% artıb.

Azvision.az


Teqlər: Bank   Kapital  





Xəbər lenti