Baş prokurorun müavini Lənkəranda qəbul keçirəcək

Baş prokurorun müavini Lənkəranda qəbul keçirəcək
  08 May 2019    Oxunub:1739
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov cari il mayın 17-də saat 10:00-da Lənkəran rayon prokurorluğunun inzibati binasında Lənkəran və Masallı rayon sakinlərinin qəbulunu keçirəcəkdir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Azvision.az


Teqlər: Baş-Prokurorluq   Qəbul  





Xəbər lenti