ABŞ-da qətlə yetirilən Nailin uşaqları üçün pul yığılır

 ABŞ-da qətlə yetirilən Nailin uşaqları üçün pul yığılır
  08 May 2019    Oxunub:3437
ABŞ-ın Pensilvaniya ştatında qətlə yetirilən azərbaycanlı Nail Salamovun ailəsinə dəstək məqsədilə kampaniya başlayıb.
Azvision.az -ın məlumatına görə, internet üzərindən həyata keçirilən kampaniya çərçivəsində Amerikada yaşayan soydaşlarımız Nailin uşaqları üçün maddi yardım göstərirlər. 12 saat ərzində 12 min dollara yaxın vəsait toplanıb.



Qeyd edək ki, ötən gün ABŞ-ın Pensilvaniya ştatında yaşayan 37 yaşlı azərbaycanlı Nail Salamov odlu silahla qətlə yetirilib. Onun Aydın və Yaqub adlı iki övladı yadigar qalıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Nail-Salamov   ABŞ  





Xəbər lenti