Kennedinin ölümü ilə bağlı 6 fakt

Kennedinin ölümü ilə bağlı 6 fakt
  22 Noyabr 2013    Oxunub:9302
Bu gün, Amerika Birləşmiş Ştatlarında ölkənin 35-ci prezidenti “Con Kennedinin Xatirə Günü”kimi qeyd olunur. Düz 50 il bundan əvvəl, noyabrın 22-də Con Kennedi sui-qəsdin qurbanı olmuşdu.
Anım tədbirləri Vaşinqtonda keçiriləcək. Kenneddinin Arlinqton hərbi məzarlığındakı qəbrinə gül çələnglər qoyulacaq. Hazırki ABŞ prezidenti Barak Obamanın göstərişi ilə ölkə ərazisindəki bütün bayraqlar aşağı endiriləcək. Əsas tədbirlərdən biri sui-qəsdin baş tutduğu yerdə, Texas ştatının Dallas şəhərində baş tutacaq. Mərkəzi “Deyli-plaza” küçəsində Keneddinin çıxışlarından audio və video parçalar yayımlanacaq. Li Harvi Osvaldın prezidentə açdığı ilk atəşin qeydə alındığı vaxtda, saat 12:30-da Kennedi bir dəqiqəlik sükutla yad ediləcək. Dallas üzərində təyyarələr uçacaq, meydanda Hərbi Dəniz akademiyasının xoru çıxış edəcək.

Qeyd edək ki, 1963-cü ildə baş verən sui-qəsd ətrafında mübahisələr hələ də davam edir. Çoxları “XX əsrin ən məşhur cinayəti”nin pərdəarxası sirlərinin qaldığını iddia edirlər. Cinayətlə bağlı yaradılan Uorren Komissiyasının qənaətləri ekspertlər üçün inandırıcı görünmür. Bu səbəbdən də qətldən sonrakı 50 il boyunca müxtəlif iddialar səsləndirilib. AzVision.az Rusiyanın “Moskovskiy Komsomolets” qəzetinə istinadən Kennedinin qətli ilə bağlı səslənən 6 ən geniş yayılmış versiyanı təqdim edir:

1. MKİ VƏ FTB. 1995-ci ildə Milli Təhlükəsizlik agentliyinin və Amerika ordusunun keçmiş kəşfiyyatçısı Con Nyuman Li Harvi Osvaldın şəxsi işinin Kennedini öldürülməsinə qədər və sonra dəfələrələ dəyişdirildiyini göstərən şahid ifadələrini dərc etdi. Nyumanın məlumatına görə, Amerika xüsusi xidmət orqanları, prezidenti qəsdlə bağlı məlumatlandırmaq imkanına malik olmalarına baxmayaraq, bunu etməyiblər. Bundan əlavə, 2007-ci ildə Qvatemalada “pbsuccess” əməliyyatını keçirən və “Uotorgeyt skandalı”nın iştirakçılarından olan MKİ-nin keçmiş agenti Hovard Hantın kitabı çıxır. Kitabda Hant MKİ-nin Kennedinin qətlində əli olduğunu deyirdi. Sonradan Hantın oğlu “Rolling Stones” jurnalına müsahibəsində bu məlumatları təsdiqləmişdi. Onun sözlərinə görə, guya, ölüm ayağında ikən Hant, qətldə əli olanlar arasında sonralar Kennedini əvəzləyən prezident Lindon Consonun, Kubadakı MKİ-nın əməliyyatlar üzrə rəhbəri Devid Etli Filipsin , MKT agentləri Kord Meyer, Uilyam Harvi, David Sançes Moralesin, Hantın Uotorgeyt 2 qalmaqalı” üzrə iş ortağı Frenk Surcis və naməlum fransız snayperinin adlarını çəkib.

2. Pentaqon.Con Kennedinin bir sıra tərəfdarları hesab edirdilər ki, 35-ci prezidentin öldürülməsi Birləşmiş Ştatların Vyetnama hərbi müdaxiləsindən sonra sonuncu maneənin aradan qaldırılmasına şərait yaratdı. Bəzi versiyalara görə, Kennedi amerikalıların Vyetnamla münaqişəsinə son qoymaq istəyirdi və buna görə, fasiləsiz hərbi əməliyyatların keçirilməsində maraqlı olan dairələrin hədəfinə tuş gəlib. Texas ştatından olan keçmiş senator Ralf Yarboro yazırdı ki, əgər Kenndei sağ olsa idi, Vyetnam müharibəsi baş verməyəcəkdi. Bəzi ekspertlər isə Kennedinin “Soyuq müharibə” və “SSRİ ilə sülh axtarışında” olmasını da onun ölüm səbəb olduğunu bildirilər.

3. Amerika Gizli xdməti. Bu nəzəriyyənin tərəfdarları isə Amerika prezidentlərinin mühafizəsi ilə məşğul olan Gizli xidmətin faciənin qarşısını almaq üçün heç bir addım atmamasından şübhələnirlər. Məlumata görə, qurum əməkdaşları hazırlanan sui-qəsd barəsində kifayət qədər məlumatlı idilər və bunun qarşısını almaq üçün heç bir tədbir görməyiblər. Bundan əlavə, Gizli xidmətin əməkdaşı, Kennediyə sui-qəsd anında maşının sağ tərəfində öndə əyləşən Roy Kellerman ilk atəşdən sonra prezidenti qorumaq üçün heç bir cəhd göstərməyib.

4. Mafiya. Cinayətin ehtimal sifarişçilərindən biri isə Amerikanın mütəşəkkil cinayətkar dəstələri hesab olunur. Onların danışıqları və Kennedini öldürmək barədə planları sonradan xüsusi xidmət orqanları tərəfindən dinlənilərək yazılıb. Cinayətin əsas motivi kimi mafiya qruplaşmalarının hakimiyyət tərəfindən təqib olunması ola bilər. Məlumdur ki, onların cinayət fəaliyyətinə nəzarət Kennedinin dövründə xeyli gücləndirilmişdi. Rəsmi məlumatlara görə, bu müddət ərzində mafiya üzvlərinə qarşı ittihamedici qərarlar 80% artmışdı.

5.Kuba höküməti. “Uorren Komissiyası” etiraf edir ki, onun əməkdaşlarına Kennediyə qəsddə Kuba komendantesi Fidel Kastronin və onun yaxın ətrafının əli olması barədə onlarla müraciətlər daxil olub. Konspiroloqların fikrincə, məhz Kuba lideri amerikalılardan özünə qarşı təşkil edilən qəsdlərin qisasını alıb. Lakin Kubanın baş verən cinayətdə iştirakını təsdiqləyən heç bir dəlil aşkar olunmayıb. Bu rəsmi səviyyədə belə tanınıb.

6. SSRİ. Ən aşkar konspiroloji versiya isə, Kennedinin ölümündə Sovet İttifaqının maraqlı olduğunu ehtiva edir. Cinayəti icra edən Li Harvi Osvaldın bir müddət SSRİ-də yaşaması və sonradan Amerikaya dönməsi faktı isə bu iddiada tutarlı arqument hesab olunurdu. Versiya tərəfdarları öz fikirlərini sadə şəkildə izah edirlər: Nikita Xruşşev “Karib böhranı”na görə, Amerikadan necə isə qisas almalı idi. Lakin bu hipotezin də xeyrinə heç bir dəlil yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti