DİM: Bəzi abituriyentlər imtahana buraxılmayıb

  12 May 2019    Oxunub : 794
 DİM: Bəzi abituriyentlər imtahana buraxılmayıb
Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar.

Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv ediləcək.

Azvision.az

Teqlər: DİM   İmtahan