Ötən il Azərbaycanda 5375 nəfər axtarışda olub

   Ötən il Azərbaycanda 5375 nəfər axtarışda olub
  14 May 2019    Oxunub:1884
Ötən il Azərbaycanda axtarışda olan təqsirləndirilən şəxslərin sayı 5375 nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 3840 nəfəri 2018-ci ildə müəyyən edilib, 1535 nəfəri isə həmin ilin sonunadək axtarışda qalıb.

Bundan əlavə, cəzaçəkmə müəssisələrindən qaçan 3 nəfər ötən il tapılıb, 15 nəfəri isə hələ də axtarışdadır. Cəzadan boyun qaçıranların sayı 93 nəfər olub ki, onlardan 78 nəfəri müəyyən edilib, 15 nəfərin axtarışı davam etdirilir.

İstintaq, təhqiqat və məhkəmədən yayınanların sayı 5267 nəfər olub. Onlardan 2018-ci ildə müəyyən edilənlər 3761 nəfər, axtarışda qalanlar isə 1506 nəfərdir.

Qeyd edilib ki, ötən il axtarışda olan təqsirləndirən şəxslərin 52 nəfəri 14-17 yaşda olan uşaqlardır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Axtarış   Statistika  





Xəbər lenti