Gəncə sakinindən narkotik və silah-sursat götürülüb

Gəncə sakinindən narkotik və silah-sursat götürülüb
  17 May 2019    Oxunub:1592
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Azvision.az -a verilən məlumata görə, mayın 15-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəhər sakini, 45 yaşlı Mehman İbrahimov saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib.

Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 286 həb sayında və ümumi çəkisi 178.5 qram narkotik vasitə hesab edilən “Metodan” və bir ədəd soyuq silaha bənzər turist bıçaq olması müəyyən edilib.

Davam edən tədbirlərlə onun yaşadığı evin həyətindəki meyvə ağacının dibinə basdırılmış ümumi çəkisi 140 qram çəkidə narkotik vasitə hesab edilən “heroin”, digər ağacın dibində isə basdırılmış 1 ədəd “Makarov” tipli tapança və ona məxsus patron darağı və 2 ədəd patron, yataq otağının mebel dəstində isə 12 qram çəkidə “metafetamin”nə oxşar psixotrop maddə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Gəncə  





Xəbər lenti