“Abşeronda bütün heyvanlar izləniləcək” - AQTA sədri
"Bu, sadəcə pilot layihədir. Sonrakı mərhələlərdə Azərbaycanın bütün regionlarını əhatə edəcək. Bizim iki gün öncə sərgidə təqdim etdiyimiz qida təhlükəsizlik göstəriciləri olan səhra laboratoriyaları konseptin bir hissəsidir. Xəstəlikdən azad zona deydə, heyvan mənşəli zonos xəstəliklərdən həmin zonanın azad olunması nəzərdə tutulur".
AQTA sədri Abşeron yarımadasının təsadüfi seçilmədiyini deyib. "Layihə barədə beynəlxalq ekspertlər bizim yerli mütəxəssislərlə birlikdə rəylərini veriblər. Rəylərə əsasən, Abşeron müvafiq zona seçilib. Çünki bura daha az köçəri heyvanlar gəldiyi üçün xəstəliyin bir yerdən digər yerə daşınmaması əmsalı daha yüksəkdir. Onunla əlaqədar olaraq burada bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək. Ölkəyə idxal olunan və ölkədə doğulan heyvanın ölüm anına kimi keçirdiyi bütün xəstəliklərin qeydiyyatı aparılacaq. Bu da imkan verəcək ki, bilavasitə ət, süd məhsullarda təhlükəsizlik təmin olunsun".
Aytən Zəhra
Azvision.az
Teqlər: AQTA