“Çelsi”nin futbolçuları Bakıya gəldilər - FOTO

  28 May 2019    Oxunub : 1357
“Çelsi”nin futbolçuları Bakıya gəldilər - FOTO
“Çelsi”nin futbolçuları axşam saatlarında Bakıya gəliblər.
Azvision.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında komandanı bir qrup azarkeş qarşılayıb. Daha sonra futbolçular qaldıqları otelə yollanıblar.



Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Final görüşündə iki London təmsilçisi - “Çelsi” və “Arsenal” qarşılaşacaq. Matç saat 23:00-da başlayacaq.

Azvision.az

Teqlər: Çelsi   Bakı   Final