“Xamenei nüvə silahı yaratmağı qadağan edib” - Rəsmi Tehran
XİN rəhbəri qeyd edib ki, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xameneinin fətvası var: “Ayətullah Əli Xamenei hələ çoxdan bildirib ki, bizim nüvə silahı yaratmaq niyyətimiz yoxdur. O, bunu qadağan edən fətva verib”.
“ABŞ-ın "iqtisadi terrorizmi" İran xalqına zərər verir və regionda gərgin vəziyyət yaradır. Bu nəticələrin ABŞ prezidenti Donald Trampın etdiyi hərəkətlərdən sonra əldə olunub-olunmadığını sözlər deyil, hərəkətlər göstərəcək” – deyə Zərif qeyd edib.
Şahanə Rəhimli
AzVision.az