Toyuq hinində narkotik yetişdirən şəxs tutulub

Toyuq hinində narkotik yetişdirən şəxs tutulub
  28 May 2019    Oxunub:2275
Şəkidə toyuq hinində narkotik yetişdirilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mayın 27-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini saxlanılıb.

Rayonun Quşencə kənd sakini 28 yaşlı Turab Alıyevin evinə baxış keçirilən zaman həyətyanı sahədə və toyuq hininin içərisində xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 4 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az


Teqlər: DİN   Narkotik   Şəki  





Xəbər lenti