ETSN əməkdaşları vulkan püskürən əraziyə getdilər

ETSN əməkdaşları vulkan püskürən əraziyə getdilər
  28 May 2019    Oxunub:2634
Şamaxı rayonunun Dağ Göylər kəndində vulkan püskürüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın Azvision.az -a verdiyi məlumata görə, gecə saatlarında püskürən vulkan yerin altından xaric olan palçığı ətrafa yayıb.

Onun sözlərin görə, nazirlik məsələdən xəbərdardır.

"Hazırda mütəxəssislərimiz həmin ərazidədir və araşdırma aparılır. Araşdırmanın sonunda yekun açıqlama veriləcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN   vulkan  





Xəbər lenti