Azərbaycan xaricə taxıl və un satacaq

Azərbaycan xaricə taxıl və un satacaq
  29 May 2019    Oxunub:1709
"Beyləqan və Samuxdan gətirilən yeni sort buğda keyfiyyəti ilə seçilir".

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının idarə heyətinin sədri Taleh Qasımov deyib. Onun sözlərinə görə, yerli buğda əsasən 4-cü klassa aiddir.
"Yeni sort toxumlar keyfiyyətlidir. Beyləqan və Samuxdan keyfiyyətli buğdalar gəlir. Buna görə yerli buğdanın tədarükünü artırırıq. Un və un məhsullarının ixracı üçün yeni bazarlarla danışıqlar aparılır” ,- deyə T.Qasımov bildirib.

O, vurğulayıb ki, taxıl və un bazarı sürətlə artan bazar deyil: “Daxildə istehlak bəllidir. Biz, həmçinin xarici bazarlar üzərində işləyirik. İraq, Türkiyə və Gürcüstan bazarı ilə danışıqlar aparılır. Keçən il Gürcüstana 3 min ton makaron ixrac etdik. İllik 6 min ton un ixrac etmək potensialımız var”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Buğda  





Xəbər lenti