PA-nın şöbə müdiri: “Futbol siyasiləşdirilməməlidir”
"Futbol, ümumiyyətlə idman siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir. Bu xüsusda biz Azərbaycana qarşı informasiya müharibəsini görürük. Hər iki kluba, Arsenal və Çelsiyə uğurlar arzu edirik. Bütün Avropa qitəsində futbolun əsl dəyərlərinin təşviq edilməsinin və şəxsi məqsədlər üçün futbolu siyasiləşdirən elementlərin qarşısının alınması üçün birlikdə çalışmağın tərəfdarıyıq”, - deyə Hikmət Hacıyev bildirib.
Azərbaycan və Ermənistan arasında münaqişənin mövcud olduğunu, lakin nə futbolun, nə də ki Mxitaryanın hansı millətdən olmasının bununla əlaqəsinin olmadığını və onun futbolçu kimi Azərbaycana gələ biləcəyini deyən Hikmət Hacıyev əlavə edib: “Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirir və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. ABŞ, Fransa və Rusiya vasitəçi qismində münaqişənin sülh yolu ilə həlli üçün çalışırlar. Azərbaycan bu səyləri dəstəkləyir. Beynəlxalq ictimaiyyət ilə birlikdə tezliklə münaqişənin həlli yollarına nail olmağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalına son qoymasına çalışırıq”.
Azvision.az
Teqlər: Futbol Avroliqa Hikmət-Hacıyev