ABŞ türk pilotlara qadağa qoyur - “S-400” qalmaqalı

ABŞ türk pilotlara qadağa qoyur -  “S-400” qalmaqalı
  29 May 2019    Oxunub:1436
ABŞ hökuməti Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərini alması ilə əlaqədar türk hərbi pilotların Amerikadakı məşqlərini dayandırmaq barədə düşünür.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, yekun qərar hələki qəbul olunmayıb.

Türkiyədən olan pilotlar beşinci nəsil "F-35" qırıcılarını idarə etməyi Arizonadakı Lyuk aviabazasında öyrənirdilər. Onların bazanı tərk edəcəyi və ya proqramın tam bitəcəyinə qədər ölkədə qala biləcəklərinə dair hələlik məlumat verilməyib.

Ekspertlər hesab edirlər ki, belə bir addım ABŞ-Türkiyə əlaqələrinə mənfi təsir edəcək. Bildirilir ki, ölkələr arasında Suriya ilə bağlı strategiya, İrana qarşı sanksiya və Türkiyədə ABŞ konsulluğunun işçilərinin tutulması məsələləri ətrafında fikir ayrılıqları mövcuddur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti