Qadını hədələyib 25 min manat tələb etdilər

Qadını hədələyib 25 min manat tələb etdilər
  29 May 2019    Oxunub:1435
Yasamal Rayon Polis İdarəsinə müraciət edən Ağdam rayon sakini olan qadın 2 nəfərin ona hədə-qorxu gəlib 25.000 manat pul verməsini tələb etmələrini bildirib.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanıblar.

Araşdırmalarla onların R.Aslanov və N.Baxşəlıyev olduqları müəyyən edilib.

Faktla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Həbs  





Xəbər lenti