Niyə Avropa Ermənistana sanksiya tətbiq etmir?

 Niyə Avropa Ermənistana sanksiya tətbiq etmir?
  29 May 2019    Oxunub:1524
“Nəyə görə Avropa Rusiyaya qarşı sanksiya tətbiq edir, amma bunu Ermənistana qarşı tətbiq etmir? Xahiş edirəm, bunu kimsə izah etsin”.

Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Azərbaycan parlamentinin deputatı, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin deyib.
Demokratiya və insan hüquqları üzrə Avropa Şurası prezidenti Yanuş Nedzvetskiy suala belə cavab verib: “Bilmirlər ki, Ermənistan Dağlıq Qarabağda tarixi abidələri dağıdıb. Düşünürəm, onlar əvvəlcə bundan məlumatlı olmalıdırlar. Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb prosesdir. Bu faktın çatdırılması üçün əvvəlcə kiçik şeylərdən başlamaq lazımdır. Məsələn, abidələrin dağıdılması faktı qabardıla bilər”.

Bolqarıstan parlamentinin üzvü Rumen Qoçev isə çıxışında qeyd edib ki, bu məsələ ilə bağlı mərhələli addımlar atılmalıdır: “Gözləyirsinizsə ki, Avropa sizin probleminizi həll edəcək, gözləməli olacaqsınız. Bunun üçün əməkdaşlıq münasibətləri daha gücləndirilməlidir. Bolqarıstan olaraq həm Azərbaycanla, həm də Ermənistanla normal münasibətlərimiz var”.

Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan ədalətin tərəfdarıdır: “Sülh olmazdan öncə, ədalət lazımdır. Ermənistanla Dağlıq Qarabağ münaqişəsi həll edilmədən sülh bağlamaq, iqtisadi əməkdaşlıq etmək olar. Bəs əhali necə olsun?. Ona görə bu mümkün deyil. İk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin edilməlidir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Konfrans   MM  





Xəbər lenti