Kubada Azərbaycanla bağlı tədbir keçirilib

  29 May 2019    Oxunub : 594
Kubada Azərbaycanla bağlı tədbir keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ciildönümümünasibəti iləAzərbaycan Respublikasının Kubadakı səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində bayram tədbiri keçirilib.
Səfirlikdən AzVision.az -a verilən məlumata görə, tədbirdə Kuba xarici İşlər nazirinin müavini Roxelio Sierra Dias, Kubanın müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri vəHavanada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Bayram tədbiri Kuba və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır.Tədbirdə Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov çıxış edib, Azərbaycan Xalq Cümhuriyyətininmövcud olduğu qısa dövr ərzində nail olduğu demokratik dəyərlər və tarixi əhəmiyyətindən bəhs edib.



Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik respublikanın yaradılmasının xalqımızın dövlətçilik tarixinin ən qürurlu səhifələrindən biri olduğunu bildirib. Azərbaycanın 1991-ci ildə yenidən müstəqilliyini əldə edərək,dünya birliyinin tam və bərabər hüquqlu üzvü olduğu diqqətə çatdırıb. Müasir dövrdə Azərbaycanın əldə etdiyi uğurların,ölkəmizin suverenliyinin qorunub saxlanması və gələcəkdə də davamlı inkişafının təmin edilməsinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz tarixi fəaliyyəti və fövqəladə xidmətləri sayəsində mümkün olduğu bildirilib.

Vurğulanıb ki, müasir Azərbaycanın bütün sahələrdə davamlı inkişafına ölkəmizin Ermənistan tərəfindən təcavüzə məruz qaldığı ağır tarixi şəraitdə nail olunub. Azərbaycan diplomatı, Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq və etnik təmizləmə siyasətinin nəticələrindən bəhs etmiş, Azərbaycanıniyirmi faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin işğal altında saxlandığını vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində qəbul edilmiş beynəlxalq hüquqi sənədlər haqda məlumat verilmiş, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilmədiyi diqqətə çatdırılıb.

C.Salehov qeyd edib ki, Azərbaycan qarşılaşdığı təcavüzün ağır nəticələrinə baxmayaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diplomat, Beynəlxalq əlaqələrini da möhkəmlədən Azərbaycanın sosial-iqtisadi sahədə nail olduğu uğurlardan bəhs edib.



Tədbirdə çıxış etmiş Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzinin birinci vitse-prezidenti Noemí Rabaza Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibəti ilə təmsil etdiyi təşkilat adından təbriklərini çatdırıb

Noemi Rabaza həmçinin Kubaya qarşı tətbiq edilən iqtisadi, ticarət və maliyyə blokadasının aradan qaldırılması istiqamətində BMT çərçivəsində Azərbaycan tərəfindən daim birmənalı şəkildə göstərilmiş mühüm dəstəyin Kuba hökuməti tərəfindən hər zaman yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.

Kuba hökumətinin rəsmisi həmçinin, ölkələrimiz arasında dostluq əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyinə və ikitərəfli münasibətlərin davamlı şəkildə inkişaf edəcəyinə əminliyini vurğulayıb.



Daha sonra bayram tədbiri Havana Musiqi Məktəbinin gənc skripkaçılarının çıxışları ilə davam edib. Tədbir zamanıAzərbaycan bəstəkarlarının klassik əsərləri və xalq mahnıları səsləndirilib.

Azvision.az

Teqlər: Kuba   AXC