Əcnəbinin itirdiyi pulqabını polis kapitanı tapdı - FOTOLAR

Əcnəbinin itirdiyi pulqabını polis kapitanı tapdı -  FOTOLAR
  29 May 2019    Oxunub:3121
Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşı, polis kapitanı Fədai Maqsudov ərazidə xidmət apararkən xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdan tapıb.
DIN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal həmin cüzdanın sahibinin tapılması üçün tədbirlərə başlanılıb.

Qısa müddətdə həmin xarici vətəndaş polis əməkdaşları tərəfindən tapılıb və cüzdanı ona təqdim olunub. Ölkəmizə turist kimi gəlmiş həmin şəxs belə operativliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirib.





Azvision.az


Teqlər: DİN   Polis   Turist   Cüzdan  





Xəbər lenti