Xalça Muzeyində növbəti festival uşaqlara həsr olunacaq

Xalça Muzeyində növbəti festival uşaqlara həsr olunacaq
  29 May 2019    Oxunub:1612
İyunun 1-də Azərbaycan Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival keçiriləcək.
Azvision.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və 4KIDS ailə portalının təşkilatçılığı, Çernoqoriya, Türkiyə, İndoneziya, Ukrayna, Mərakeş, Hindistan, Çin səfirliklərinin dəstəyi, həmçinin “Söz” ədəbi layihəsi və Avropa Azərbaycan Məktəbinin iştirakı ilə keçiriləcək.

Festivalın proqramı Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları tərəfindən təşkil ediləcək uşaq konserti və xeyriyyə yarmarkasından ibarət olacaq. Tədbirdə adı keçən ölkələri təmsil edən diplomatların övladları mədəniyyət və ənənələrinin zənginliyi və müxtəlifliyini əks etdirən milli mahnı və rəqslərini nümayiş edəcəklər. Səfirlik əməkdaşları isə balaca Aygün Babaşovanın əməliyyatı (anadangəlmə ürək qüsuru) üçün pul toplamaq məqsədilə xeyriyyə satış sərgisi yarmarkası təşkil edəcəklər.

Azərbaycan Xalça Muzeyinin əməkdaşları kukla teatrının “Məlikməmmədin nağılı” tamaşasını təqdim edəcəklər və mini-xalça, “Tilda” kuklası və çorablardan kuklalar hazırlamaq üzrə üç ustad dərsləri təşkil olunacaq. Festivalda müxtəlif təşkilatlar tərəfindən tətbiqi sənət üzrə master-klasslar təqdim ediləcək. Azərbaycan Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində gənc istedadların konserti keçiriləcək.

Bununla yanaşı, festivalın gənc iştirakçılarını maraqlı və əyləncəli proqramlar, müsabiqələr gözləyir.

Azvision.az



Teqlər:





Xəbər lenti