Bacı böyrəyini kiçik qardaşına bağışladı

Bacı böyrəyini kiçik qardaşına bağışladı
  29 May 2019    Oxunub:1706
Bacı böyrəyini kiçik qardaşına bağışlayıb. Unikal böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.
Bu barədə Azvision.az -a Respublika Müalicəvi Diaqnostika Mərkəzindən məlumat verilib.

Cərrahın sözlərinə görə, pasiyent uşaqlıqdan xroniki böyrək çatışmazlığından əziyyət çəkib:

“Hemodializ seansları heç də rahat və xəstəyə yan təsirsiz ötüşmür. Ona görə də erkən yaşda böyrək transplantasiyası xroniki böyrək çatışmazlığı olan pasiyentlər üçün ən ideal müalicə üsulu hesab edilir. Xəstəxanamızda 30 yaşlı bacı 19 yaşlı qardaşının donoru oldu. Bu, doğma ruhların fədakarlıq nümunəsi idi. Komandamızın gərgin əməyi sayəsində əməliyyat uğurla keçdi. Pasiyent evə tamamilə yaxşı vəziyyətdə yola salındı”.

Azvision.az



Teqlər: Qardaş   Bacı   Həkim   Böyrək  





Xəbər lenti