Şəkidə 200 ədəd çətənə kolu məhv edilib

Şəkidə 200 ədəd çətənə kolu məhv edilib
  30 May 2019    Oxunub:3007
Şəki şəhərində yabanı halda bitən çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq şəhər ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.



Rayonun Öyrət kəndi ərazisində vətəndaşa məxsus 5 hektar sahənin müxtəlif yerlərində 200 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Həmin narkotik bitkilər yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az



Teqlər: Şəki   Çətənə  





Xəbər lenti