Final günü Bakıda 19 əcnəbi təcili yardım çağırıb

 Final günü Bakıda 19 əcnəbi təcili yardım çağırıb
  30 May 2019    Oxunub:2723
Ötən gün Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 47 çağırış daxil olub.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciət edən şəxslərdən 3 nəfəri hospitalizasiya olunub.

"Müraciət edənlardən 19-u xarici ölkə vətəndaşı, 28 nəfəri Azərbaycan vətəndaşlarıdır. Xəstəxanaya aparılanlardan 2 nəfər xarici vətəndaş, biri isə azərbaycanlıdır. Onlar artıq evə buraxılıb. Ümumilikdə müraciət edənlər əsasən baş ağrısı, alkoqol intoksikasiyası, təzyiq, travma (yıxılıb xəsarət alanlar), mədə ağrılarından şikayət ediblər".

Qeyd edək ki, ötən gün Avropa Liqasının Bakıda keçirilən final oyunu ilə əlaqədar Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejimində çalışıb. Final günündə nazirlik tərəfindən 39 təcili yardım avtomobili ayrılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti