Rövnəq Abdullayev əsas hədəfləri açıqladı
Azvision.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransındakı çıxışı zamanı deyib.
Şirkət prezidenti bildirib ki, “SOCAR Polymer”in qurğularında 19 növ polipropilen və 12 növ yüksək sıxlıqlı polietilen olmaqla hər il 300 min ton məhsul istehsal ediləcək ki, bunun da 75 faizinin xarici bazarlara ixrac edilməsi nəzərdə tutulur:
"Eyni zamanda, həmin məhsullar müxtəlif istehlak məhsullarının istehsalında xammal kimi istifadə edilərək, ölkədə kiçik və orta sahibkarlığın inkişafına stimul verəcək, qeyri-neft sektorunun daha da genişlənməsində mühüm rol oynayacaq. Karbamid zavodunun istehsal gücü gündəlik 2 min ton və ya illik 650-660 min ton gübrə məhsuluna hesablanıb. Bu həcm, ölkənin azot gübrəsinə illik tələbatını təmin etməklə yanaşı məhsulun 2/3 hissəsindən çoxu Türkiyə, Qara dəniz regionu və Aralıq dənizi ölkələrinə ixrac ediləcək. “SOCAR Polymer” və “SOCAR Karbamid” tipli zavodların istismara başlaması əməliyyatlarımızı əhəmiyyətli dərəcədə şaxələndirir. Artıq deyə bilərik ki, az sayda ənənəvi məhsul növlərindən asılılığın aradan qaldırılıması istiqamətində ilk mühüm addımları ata bilmişik".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: SOCAR Rövnəq-Abdullayev