“Bəzi məqamlarda jurnalistlərin yazdıqları həqiqət olur” - Əflatun Amaşov
MŞ sədri bildirib ki, şikayətlər əsasən müxtəlif saytlarda onlar haqqında qərəzli və düzgün olmayan informasiyaların yayılması ilə bağlı olur.
"Bəzi məqamlarda jurnalistlərin yazdıqları həqiqət olur. Lakin əksər hallarda şikayət verən tərəf daha haqlı olur və o zaman biz tövsiyyələrimizi veririk. Bəzən saytlarda, sosial şəbəkələrdə məktəblərlə bağlı paylaşımlar elə təəssürat yaradır ki, sanki Azərbaycanda müəllimlər savadsızdır, tanış olmasa, pul verilməsə müəllim qiymət yazmayacaq və məktəblərdə rüşvət tüğyan edir. Bu cür saytların sayı təəssüf ki, çoxdur".
Ə.Amaşov qeyd edib ki, valideynlər tərbiyə ilə bağlı missiyalarını məktəbdən gözləyirlər: "Amma unudurlar ki, tərbiyə ailəyə xas olan xüsusiyyətdir, tərbiyəni valideyn verir. Təhsillə bağlı qanunlar qəbul edilir, lakin onların açılışı, araşdırması verilmir. Təhsilin Azərbaycanın ictimai mədəni həyatında oynadığı rol çatdırılmalıdır".
Aytən Zəhra
Azvision.az
Teqlər: Əflatun-Amaşov Mətbuat-Şurası