Yasamaldan qaçırılan maşın Qaradağda tapıldı

  30 May 2019    Oxunub : 540
Yasamaldan qaçırılan maşın Qaradağda tapıldı
Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Mustafayev mayın 28-də L.İmanov küçəsindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əzimov Qaradağ RPİ 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Maşın   Oğurluq