Deputatlar büdcəni müzakirə edəcəklər

Deputatlar büdcəni müzakirə edəcəklər
  30 May 2019    Oxunub:1883
Sabah "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisdə müzakirə ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov məlumat verib.

Spiker xatırladıb ki, bu gün – mayın 30-da keçirilən plenar iclasın davamı mayın 31-də baş tutacaq: “Gündəliyə daxil olan 26 məsələn 25-nə bu gün baxıldı. Sabah yalnız "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə ediləcək”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Oqtay-Əsədov   Spiker  





Xəbər lenti